“Naxçıvandakı təhsil müəssisələrinə baxılmalıdır” - Maxinasiyalar var
Yusif Nəzərli
14:33 15.03.2023
Aktual
573
“Ya onlar ləğv edilməli, ya da ciddi dəyişikliyə gedilməlidir"
Naxçıvan Dövlət Universitetində yoxlamalara başlanılıb. Verilən məlumata görə, yoxlamalar ötən həftədən başlayaraq Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən keçirilir. Kafedra və dekanlıqların iş prinsipləri, bölmələrin, şöbələrin iş fəaliyyəti, il ərzində görülən işlər və hesabatların yoxlaması aparılır. Yoxlamaların nə vaxta kimi davam edəcəyi məlum deyil.
Naxçıvanda birinci gündən etibarən həm Təhsil Nazirliyində, həm də Mədəniyyət Nazirliyində ciddi yoxlamaların olduğunu deyən Naxçıvandan olan tanınmış jurnalist, "Ovqat.com” saytının baş redaktoru Heydər Oğuz "Sherg.az"a bildirib ki, Naxçıvan Dövlət Universitetində yoxlamaların aparılması çox doğru qərardır:
"Bu universitetdə çox ciddi maxinasiyalar var. Bildiyiniz kimi, oranın əvvəlki prorektoru Seymur Talıbov idi. Bu şəxs universitetdə özbaşınalıq yaratmışdı. Hətta universitetin nəzdində olan kafedra və fakültələrin əksəriyyəti sırf rüşvət üçün təsis edilmişdi. Yəni xarici və yerli tələbələrdən pul yığma məntəqəsi kimi istifadə olunurdu. Məsələn, musiqi, hüquq və tibb fakültələrində kadr çatışmazlığı var idi. Lakin onlar fəaliyyət göstərirdi. Hətta hüquq fakültəsində işləyən müəllimlərin əksəriyyəti polisdən təqaüdə çıxıb çalışanlardır və heç birinin savadı yoxdur. Həmçinin tibb fakültəsinin dekanı belə mütəxəssis deyil, onun əsas ixtisası bioloqdur. Bu dekan öz elmi işini arının anatomiyasından yazmışdı. Sual yaranır ki, arı anatomiyası üzrə mütəxəssis, necə insan anatomiyasından dərs deyə bilər? Oranın məzunu olmuş insanlar isə Naxçıvanın müəyyən hissələrində həkimliklə məşğul olurlar. Yəni insanların sağlamlığı heç bir elmi savadı olmayan "həkimlərə" etibar edilir. Bu səbəblə də Naxçıvanda tibb, hüquq və digər sahələr geridə qalıb".
H.Oğuz qeyd edib ki, sözügedən ali məktəbi bitirən tələbələrin əksəriyyəti pulla diplom alıblar:
"Hətta adını belə yazmayanlar Naxçıvan Dövlət Universitetinin məzunları olub. Gələcəkdə necə olacağını deyə bilmərəm, amma indi ora universitet adını daşımağa layiq deyil. Ümumiyyətlə, ölkəmizdəki bir çox özəl universitet bu vəziyyətdədir. Digər tərəfdən Naxçıvanda həm də Naxçıvan Universiteti adı altında özəl təhsil müəssisəsi var. Orada da cəmi 4 fakültə yer alır. Bu isə gülməlidir. Naxçıvandakı təhsil müəssisələrinə ciddi baxılmalıdır. Ya onlar ləğv edilməli, ya da ciddi dəyişikliyə gedilməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi
16:24 31.08.2026
Hadisə
“İran uçuruma doğru gedir, Pezeşkian bunu anlayır” - RƏY
16:17 31.08.2026
Siyasət
Benzema Messi ilə yenidən eyni liqada çıxış edə bilər
16:11 31.08.2026
Futbol
İran ordusu: Tramp Hörmüz boğazını ancaq yuxusunda görə bilər
15:57 31.08.2026
Gündəm
Paşinyan və Əliyevin Bişkek görüşünün detalları açıqlanıb
15:48 31.08.2026
Gündəm
Rəcəb Tayyib Ərdoğan Qırğızıstanda səfərdədir
15:45 31.08.2026
Gündəm
Məsud Pezeşkian: İran müharibənin davam etməsində maraqlı deyil
14:57 31.08.2026
Region
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə