Oskanyan bir məsələdə haqlıdır ki...
Yusif Nəzərli
07:28 21.04.2023
Aktual
339
“Madrid planı” Azərbaycan üçün faydalı deyildi
“Ermənistanın başında başqası da olsaydı, torpaqlarımızı güc yolu ilə geri qaytarmaqdan başqa alternativimiz yox idi”
Ermənistan Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Baş nazir Nikol Paşinyana cavab verib və ona Qarabağ üzrə danışıqların mahiyyətini başa salıb. Sabiq xarici işlər naziri Vardan Oskanyan bildirib ki, Madrid prinsipləri o demək idi ki, Qarabağ Azərbaycanın bir hissəsi deyil və Nikol Paşinyanın mühakimələri kökündən yanlışdır. 10 il erməni diplomatiyasına rəhbərlik edən və danışıqlar prosesinin bütün nüanslarını bilən Oskanyan qeyd edir ki, Madrid prinsipləri Nikol Paşinyanın dediklərinin tam əksini nəzərdə tutur.
Sabiq nazir əmindir ki, əgər Paşinyan 44 günlük müharibədən əvvəl onu dinləsəydi, o zaman hadisələr tamam başqa istiqamətdə inkişaf edə bilərdi. Nazir diqqətə çatdırıb ki, Ermənistanın maraqlarından irəli gələn "status", "referendumun keçirilməsi" və "Ermənistanla quru dəhlizi" ilə bağlı bütün müddəalar erməni tərəfinin səyi ilə Madrid prinsiplərində təsbit edilib. Keçmiş nazir bildirib ki, Paşinyanın Madrid prinsipləri ilə bağlı məntiqini başa düşmək çətindir. Oskanyanın iddialarına görə, hakimiyyət özünə haqq qazandırmaq üçün keçmişin "nailiyyətlərini tozlayır". Qeyd edək ki, ötən gün hökumətin iclasında çıxış edən Nikol Paşinyan demişdi ki, "Madrid prinsiplərindən sonra Ermənistan tərəfinin “parlaq” diplomatiyası nəticəsində Azərbaycan Qarabağın öz müqəddəratını təyin etdiyi məkana çevrilib". Baş nazirin sözlərinə görə, Madrid prinsiplərinə görə, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb və onlar “bu gün həmin sənədin meyvələrini yığırlar”.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Şərq"ə deyib ki, 1990-cı illərdə jurnalist işlədiyi dövrdə Vardan Oskanyandan geniş müsahibə götürüb. Analitikin sözlərinə görə, Oskanyan özündən razı və təkəbbürlü diplomat idi: "Torpaqlarımız işğal altında idi, beynəlxalq birlik İrəvana heç nə demirdi. BMT-nin 4 qətnaməsi yerinə yetirilmirdi və bütün bunları Oskanyan özünün uğur xanasına yazırdı. Halbuki münaqişənin həllini uzatmaqla həmin Oskanyan və onun xidmət etdiyi rejim bütün hallarda müharibəni qaçılmaz edirdi. Oskanyan bir məsələdə haqlıdır ki, “Madrid planı” Azərbaycan üçün faydalı deyildi. Elə bunun özü müharibə ehtimalını artırırdı. Oskanyan indi deyir ki, guya, Nikol Paşinyan səhvlər buraxmasaydı, müharibə olmayacaqdı və ermənilər torpaqları əvvəlkitək işğal altında saxlayacaqdılar. Əlbəttə, Paşinyanın Şuşada içkili vəziyyətdə yallı oynaması, tez-tez Qarabağa gəlişləri, “Qarabağ Ermənistandır” kimi ifadələri müharibənin başlama tarixini yaxınlaşdırırdı. Ermənistanın başında başqası da olsaydı, hamımız anlayırdıq ki, torpaqlarımızı güc yolu ilə geri qaytarmaqdan başqa alternativimiz yox idi. Sadəcə, Paşinyan müharibənin başlaması tarixini yaxınlaşdırdı".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Fars körfəzi ölkələrinə xəbərdarlıq edib
02:22 22.04.2026
Region
Türkiyədə hərbi vertolyot qəzaya uğrayıb
01:55 22.04.2026
Gündəm
Tramp: ABŞ-la İran arasında atəşkəs müddəti uzadılıb
01:30 22.04.2026
Dünya
Səhər enerjili oyanmağın ən asan yolu: Bir damla kifayətdir
00:46 22.04.2026
Sağlamlıq
Məşhur aktyor 9 övladı ilə tədbirə qatıldı
00:22 22.04.2026
Şou
Rusiyadan İsrailə: Bu sözlər yersizdir!
23:59 21.04.2026
Dünya
Trampdan sərt xəbərdarlıq: "Avropa yox ola bilər"
23:44 21.04.2026
Dünya
Rıza Kayaalp 13-cü dəfə Avropa çempionu olub
23:00 21.04.2026
Dünya
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
22:41 21.04.2026
Dünya
"Spiegel": Almaniya Hörmüz boğazına üç gəmi göndərmək niyyətindədir
22:25 21.04.2026
Dünya
“Zirə” finala yüksəldi
21:52 21.04.2026
Futbol
Böyük hərbi plan: Aİ Ukrayna üçün 90 min hərbçi hazırladı
21:36 21.04.2026
Gündəm
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq