“Qarabağdakı işlərin daha sürətli getməsini arzu edirik”

Xəbər verdiyimiz kimi, ötən həftə Azərbaycan Prezidenti Cənab İlham Əliyev və ölkəmizin Birinci vitse –prezidenti Mehriban xanım Əliyeva Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfər ediblər. Onlar işğaldan azad olunmuş torpaqlarda aparılan yenidənqurma və bərpa işləri ilə yaxından tanış olublar.  Bu da həmin ərazilərdəki işlərin  prezidentin nəzarəti altında sürətlə və müasir texnologiyalar əsasında aparılmasının sübutudur. 
Bu cür səfərlərin əhəmiyyətli olduğunu qeyd edən “Qarabağ” Azadlıq Təşkilatının sədri Akif Nağı "Sherg.az" a bildirib ki, Qarabağda yollar çəkilir, vacib tikililərin bünövrəsi qoyulur və böyük miqyaslı digər işlər aparılır:
“Sadəcə olaraq bu işlərin daha sürətli getməsini arzu edirik. Əlavə qüvvələr cəlb edilməlidir. Könüllü şəkildə çalışmaq üçün bizə xeyli sayda insan müraciət edir. Lakin dövlətin öz siyasəti var və bütün prosesi nəzarətində saxlayır".
Nihat Müzəffər