“Qarabağdakı qanunsuz silahlıların sayı 10 minə yaxındır” – Hazırlaşıblar!
Yusif Nəzərli
18:34 09.03.2023
Aktual
517
"Təxribatların olacağı gözlənilən idi. Çünki separatçı rejim iddialarından və ambisiyasından əl çəkmir. Çəkəcəkləri də gözlənilmir. Onların ciddi havadarları var".
Bunu "Sherg.az"a açıqlamasında hərbi jurnalist Səxavət Məmmədov deyib.
S.Məmmədovun fikirlərinə görə, Azərbaycan cəmiyyətində elə bir fikir formalaşıb ki, Qarabağdakı qanunsuz erməni silahlı dəstələri hazırlıqsızdır. Lakin yanlış yanaşmadır:
"Həmin silahlıların ümumi sayı 10 minə yaxındır. Bu isə bir diviziya edir. Faktiki olaraq onlar formalaşıb. Demək, onlar təxribata, atəşkəsi pozmağa hazırdılar. Azərbaycan ordusu tamamilə həmin ərazini mühasirədə saxlayır, ancaq qarşıda dayanan əlisilahlıdır.
Hazırda sülhdən söz gedir. Sülh barədə danışılsa da, ortada heç nə yoxdur. Bir şeyi anlamaq lazımdır; daimi atəşkəs anlayışı yoxdur. Ola da bilməz".
Hərbi jurnalist bildirib ki, təkcə Qarabağ da deyil- regionda ciddi proseslər gedir:
"Regionda marağı olan dövlətlər var. Həmin güclər regionda maraqlarını təmin etmək üçün əlindən gələni edəcək. Rusiya regiondan çıxmaq istəmir. Avropa İttifaqı isə şimal qonşumuzu ərazidən çıxarmaq niyyətindədir. Rusiya dirəniş göstərəcək. Gərginlik artan xətlə gedəcək. Əgər siyasi dialoq başlamasa, gərginlik daha da artacaq. Lokal toqquşmaların olması da mümkün görünür. Azərbaycan ordusu bütün bunlara hazır olmalıdır".
Qeyd edək ki, martın 8-i saat 21:30-dan martın 9-u saat 04:15-dək Ordumuzun Azərbaycan-Ermənistan şərti sərhədində və Qarabağ iqtisadi rayonunda yerləşən mövqeləri 23 dəfə atəşə tutulub.
Oxşar xəbərlər
Yeraltı keçidlərdən istifadə etmək artıq mümkün deyil - Memardan təcili qadağa çağırışı
14:22 03.07.2026
AZAL-da böyük dəyişikliklər? - Regional hava limanları xarici operatorlara verilə bilər
18:16 02.07.2026
Xəbər lenti
Hamısına bax
Netanyahu Trampla ABŞ-də görüşməyə razılıq verib
21:57 03.07.2026
Dünya
Dmitri Medvedyev İranda Pezeşkianla görüşdü
21:21 03.07.2026
Region
Şərif sabah Türkiyəyə gəlir
21:00 03.07.2026
Gündəm
ABŞ-dən İrana: Keçmiş kəşfiyyatçı Monika Vitt AXTARŞDADIR
20:26 03.07.2026
Gündəm
Nazirlikdə Dünya Bankının nümayəndə heyəti ilə görüş olub
20:20 03.07.2026
Sosial
Husilər Səudiyyə Ərəbistanının qırıcılarını raket atəşinə tutub
20:13 03.07.2026
Dünya
Əhməd Cəfəroğlu haqqında monoqrafiya nəşr olunub
19:51 03.07.2026
Tarix
"iPhone 18 Pro"nun test görüntüləri sızdırılıb
19:44 03.07.2026
Texnologiya
“Fənərbaxça” Natan Akeni transfer etdiyini açıqlayıb
19:26 03.07.2026
Futbol
Ərdoğan və Meloni Türkiyə-İtaliya münasibətlərini müzakirə ediblər
19:15 03.07.2026
Gündəm
Ter Ştegen “Ayaks”a keçir
19:12 03.07.2026
Futbol
"Axios": Rusiyada təhlükəsiz ərazilər getdikcə azalır
19:04 03.07.2026
Dünya
Tramp NATO sammiti üçün Ankaraya min nəfərlik heyətlə gəlir
18:47 03.07.2026
Gündəm
Rekord istilər fonunda Münhendə suya tələbat kəskin artıb
18:42 03.07.2026
Dünya