Sonuncu əməliyyat böyük uğurdur
Yusif Nəzərli
07:34 17.03.2023
Aktual
525
İfşa olunan rezidentin əhatəsində xeyli casus var
DTX-nin ifşa etdiyi casusun əliylə şəbəkədəki digər agentləri də müəyyənləşdirmək mümkün olacaq
Azərbaycanda casusluq edən xarici ölkə vətəndaşı həbs olunub. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məlumatında bildirilib ki, xarici ölkə vətəndaşı, 1994-cü il təvəllüdlü Qaedi Mohammad Najaf oğlu tərəfindən Azərbaycan ərazisində casusluq cinayət əməllərinin törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanılmış çoxsaylı sübutlar əsasında agent xarici xüsusi xidmət orqanının tapşırığı ilə dövlət sirri sayılan məlumatların toplanılması və verilməsinin təşkili ilə məşğul olub. O cümlədən ələ keçən casusun Azərbaycan hüquq-mühafizə orqanı əməkdaşları barədə fərdi məlumatların əldə edilməsi, onlarla şəxsi münasibətlər qurulması və məxfi əməkdaşlığa cəlb edilməsi istiqamətində fəaliyyət göstərdiyi aşkarlanıb.
Təhlükəsizlik məsələsi üzrə ekspert, polkovnik-leytenant İlham İsmayıl "Şərq"ə açıqlamasında bildirib ki, İranın casus şəbəkəsi ilə bağlı həyata keçirilən əməliyyatlar daha çox Azərbaycan vətəndaşları ilə bağlı idi. Ekspertin fikrincə, sonuncu əməliyyatda Azərbaycanda casusluq edən xarici vətəndaşın ifşa olunması xüsusi xidmət orqanlarımızın böyük uğurudur:
"DTX tərəfindən ifşa olunmuş casus təkbaşına fəaliyyət göstərmir. O, rezidentdir. Kəşfiyyatda rezidentin statusu ondan ibarətdir ki, o, bütöv bir agentura şəbəkəsini yaradır, təşkilatlandırır və istiqamətləndirir. DTX-nin yaydığı məlumatda xüsusi göstərilir ki, ələ keçən casus "məlumatların toplanması və ötürülməsi işinin təşkili" ilə məşğul olub. Yəni böyük agentura şəbəkəsi yaradıb və onların vasitəsi ilə məxfi məlumatların toplanmasına rəhbərlik edib. Şübhə yox ki, agentura şəbəkəsinə cəlb olunanlar Azərbaycan vətəndaşlarıdır. DTX-nin ifşa etdiyi casusun əliylə şəbəkədəki digər agentləri də müəyyənləşdirmək mümkün olacaq. Məlumatların kimlər tərəfindən toplandığı aşkarlanacaq".
İlham İsmayıl vurğulayıb ki, İranın Azərbaycana qarşı casusluq fəaliyyəti sadəcə dini-ideoloji mahiyyət daşımır. Eyni zamanda siyasi və hərbi məqsədlərə də xidmət edir: "Hüquq-mühafizə orqanlarında çalışan əməkdaşlar haqqında informasiya toplanması elə-belə məsələ deyil. Hüquq-mühafizə orqanları dedikdə Daxili İşlər Nazirliyi, prokurorluq, xüsusi xidmət orqanları və s. nəzərdə tutulur.
Məqsəd hüquq-mühafizə və təhlükəsizlik sistemində çalışan şəxsləri istənilən yollarla casusluğa cəlb etmək, onlardan öz mənafeləri üçün yararlanmaqdır. Bəzi vətəndaşları ideoloji, dini yollarla agentura şəbəkəsinə cəlb edirlər, bəzilərini isə maddi əsaslarla ələ alırlar. İfşa olunan rezidentin əhatəsində xeyli casus var və yaxın dönəmdə kimlikləri ictimaiyyətə məlum olacaq. Bu istiqamətdə bütün orqanlarımız fasilə vermədən fəaliyyətini davam etdirməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Döşəyin altına üç dəfnə yarpağı qoyun- Qədim üsulun sirri
05:25 22.09.2026
Maraqlı
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual