“Virusun ilk həkim qurbanı olan Li Venlyanın ölümündən təsirlənən bir qrup çinli ziyalının ortaq məktubunda bu sözlər yer alıb: “Otuz ildir çinlilər təhlükəsizlik müqabilində azadlıqlarını təslim etmək məcburiyyətində qalıblar və indi ictimai səhiyyə böhranının qurbanı olublar və həmişəkindən daha az təhlükəsizdirlər. Bir humanitar fəlakət sona çatır. Bu məktubu imzalayan bir qrup çinli ziyalı Çin Konstitusiyasının 35-ci maddəsi ilə təmin edilmiş söz azadlığının təmin olunmasını, mediada və sosial şəbəkələrdə senzuranın götürülməsini tələb ediblər. Ziyalıların bu məktubu Çin dövlətinin ilk günlərdə koronavirusa qarşı hərəkətsizliyinə cavab olaraq ortaya çıxan müxtəlif cavablardan yalnız biridir. Mövcud durum Si Tszinpinin ölkə idarəetməsində dəyişikliklərə getməsini diqtə edir. Xəstəliyi gizlətməklə, uyğurlara zülm etməklə, onları zorla “tərbiyəvi düşərgələrə” doldurmaqla ölkəni idarə etmək çətinləşəcək”.
“Virusla mübarizə Çini və dünyanı dəyişəcək” - TƏHLİL
Turan
10:38 20.03.2020
Aktual
670
“Virusla mübarizə və nəticələr həm dünyanı, həm də Çini dəyişəcək”.
Bunu “Sherg.az” açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Ekspert bildirib ki, Çinin Hubey əyalətində koronavirusun yayılması 1989-cu ilin iyun ayında Pekinin Tyananmen meydanında baş verən hadisə qədər bu ölkənin tarixində dönüş nöqtəsi sayıla bilər:
“O zaman tələbələr meydana axışaraq Çində siyasi islahatlar tələb etdilər. Çinin kommunist liderləri bir müddət meydan hərəkatına dözsələr də, sonra ordunu və tankları meydana tökərək minlərlə insanın ölümünə yol açdılar. Qərb ölkələri Tyananmen qətliamından sonra Çinə qarşı sanksiyalar tətbiq etdilər. Ancaq bu sanksiyalar uzun çəkmədi. Qərb ölkələri artan Çin iqtisadiyyatından asılı vəziyyətə düşdülər və bu səbəbdən Pekinlə əlaqələrini bərpa etdilər. Çin iqtisadiyyatı 30 ildə sürətlə inkişaf etdi və dünya iqtisadiyyatının və ticarətinin lokomotivinə çevrildi. Buna baxmayaraq, Çində 2019-cu ilin sonunda koronavirusun yayılması bu ölkədə siyasi sistemin köhnə problemlərini yenidən üzə çıxartdı. Çinin kommunist liderləri virusun yayıldığı ilk günlərdə məlumatları gizlətməyə çalışdılar. Halbuki, virusu ilk aşkarlayan gənc həkim Li Venlyan həyəcan təbili çaldı. O, sadəcə insanları xilas etmək və yaxınlaşmaqda olan fəlakətdən qorumaq istəyirdi. Ancaq kommunist idarəçilər həmin həkimin çağırışlarını diqqətə almaq əvəzinə onu hədələdilər, təxribatçı adlandırdılar və bir az da keçsəydi onu həbs etməyə belə hazır olacaqdılar. Hədələnən yalnız həmin həkim olmadı, başqaları da vəzifələrindən uzaqlaşdırıldılar. Ancaq xəstəlik genişləndikcə həkimin dedikləri doğru çıxdı və kommunist idarəçilər özləri həyəcan təbili çaldılar. Ancaq artıq gec idi. Həm xəstəlik geniş yayılmış, həm də təxribatçı adlandırılan gənc həkim özü virusa yoluxaraq vəfat etmişdi. Həkimin çağırışı diqqətə alınsaydı, bəlkə də virusun yayılmasını nəzarət altına almaq olardı. Bu halda dünya bu gün böyük itkilərlə və bohranla üzləşməzdi”.
E.Şahinoğlunun sözlərinə görə, virusu ilk günlərdə gizlətməyə çalışan Hubey əyalətinin partiya katibi işdən çıxarıldı. Ancaq artır gec idi:
“Virus Çinin əyalətinin uzaq ölkələrə sıçradı. Hubey vilayətində xəstəliyin miqyası azaldıqdan sonra Çinin kommunist lideri Si Tszinpin bölgəyə səfər etdi. O bununla göstərmək istəyirdi ki, problemlər arxada qalıb. Buna baxmayaraq, virus Çin iqtisadiyyatının müxtəlif sahələrinə, o cümlədən müdafiə sənayesinə mənfi təsir edib. Çinin üçüncü təyyarə gəmisini hazırlayan Şanxaydakı şirkət müvəqqəti bağlanıb. Qapıları bağlanan digər şirkətlər də var. Şirkətlərin bağlanması və ya fəaliyyətlərini dondurması Çində böyük işsizlər ordusu yaradıb. Belə ehtimallar səsləndirilir ki, virus və onunla mübarizədə əldə edilən nəticələr Çini dəyişəcək.
Siyasi şərhçi bildirib ki, Virusun yayılmasının vaxtına qarşısının alınmaması məhz Çində insan haqq və azadlıqlarının məhdudlaşdırılmasıyla əlaqəlidir:
“Virusun ilk həkim qurbanı olan Li Venlyanın ölümündən təsirlənən bir qrup çinli ziyalının ortaq məktubunda bu sözlər yer alıb: “Otuz ildir çinlilər təhlükəsizlik müqabilində azadlıqlarını təslim etmək məcburiyyətində qalıblar və indi ictimai səhiyyə böhranının qurbanı olublar və həmişəkindən daha az təhlükəsizdirlər. Bir humanitar fəlakət sona çatır. Bu məktubu imzalayan bir qrup çinli ziyalı Çin Konstitusiyasının 35-ci maddəsi ilə təmin edilmiş söz azadlığının təmin olunmasını, mediada və sosial şəbəkələrdə senzuranın götürülməsini tələb ediblər. Ziyalıların bu məktubu Çin dövlətinin ilk günlərdə koronavirusa qarşı hərəkətsizliyinə cavab olaraq ortaya çıxan müxtəlif cavablardan yalnız biridir. Mövcud durum Si Tszinpinin ölkə idarəetməsində dəyişikliklərə getməsini diqtə edir. Xəstəliyi gizlətməklə, uyğurlara zülm etməklə, onları zorla “tərbiyəvi düşərgələrə” doldurmaqla ölkəni idarə etmək çətinləşəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Böyük hərbi plan: Aİ Ukrayna üçün 90 min hərbçi hazırladı
21:36 21.04.2026
Gündəm
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya
Putin sərhədyanı bölgələrdə vəziyyəti “çətin” adlandırıb
18:28 21.04.2026
Gündəm
İsmayıl Bəqai BƏƏ-də iranlıların həbsinə münasibət bildirib
18:10 21.04.2026
Dünya
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
18:03 21.04.2026
Region