
“Zəngəzur dəhlizinin açılmasında Almaniyanın maraqları...” – ŞƏRH
Yusif Nəzərli
17:16 15.03.2023
Aktual
508
“Çünki bu ölkə enerji problemi ilə üz-üzədir”
"İndiki geosiyasi vəziyyətdə dəhlizin açılması Azərbaycan tərəfinin irəli sürdüyü şərtlər əsasında baş tutacaq. Belə halda Ermənistan tərəfi “mili maraqlarından” imtina etmək məcburiyyətində qalacaq. Ona görə də, Zəngəzur dəhlizinin açılması prosesini ləngitməyə çalışır".
Bunu "Sherg.az"a açıqlamasında hərbi-siyasi ekpsert Həşim Səhrablı deyib.
Hərbi-siyasi ekspertin qənaətincə, Ermənistan bir az gücləndikdən sonra yolun açılmasını istəyir:

"Bölgədə status-kvonu dəyişib, öz milli maraqları hesabına nəticələr əldə etmək niyyətindədir.
Hazırda Qərbdə Azərbaycan əleyhinə siyasət aparılır. Yəni Fransa Azərbaycanın milli maraqlarını həyata keçirməsini əngəlləməyə çalışır. Ermənilərə havadarlıq etməklə məqsədlərini reallaşdırmağa can atır. Almaniya Avropa İttifaqında iki əsas ölkədən biridir. Eləcə də, Qərb Avropasında ən güclü iqtisadi liderdir. Almaniya Azərbaycan əlaqələrinin inkişafı ilə Qərbdə Fransanın neytrallığının təmin edilməsinə hesablanıb. Neytrallıq yaranmasa belə sabitləşdirici rol oynasın".
H.Səhrablı bildirib ki, Zəngəzur dəhlizinin açılması, Azərbaycanla münasibətlərin qurulması Almaniyanın da maraqlarına uyğundur. Çünki Almaniya enerji problemi ilə üz-üzədir:
"Həmişə enerji ehtiyacını Rusiya bazarından ödəyirdi. Artıq Rusiyaya qarşı formalaşan cəbhə mövcuddur. Almaniyanın enerji asılılığı anti- Rusiya addımında effektiv nəticələrin qazanılmasına maneçilik törədir. Almaniya da enerji aslılığına son qoymağa səy göstərir. Bu, həmçinin Avropa və Qərb dövlətlərinin birgə marağıdır. Almaniya Azərbaycanı uğurlu enerji tərəfdaşı kimi görür.
Zəngəzur dəhliznin açılması yeni reallıqlar yaradacaq. Təkcə ənənəvi enerji deyil, eyni zamanda “yaşıl enerji” və digər ticarət əlaqələri baxımından karidorun açılması Almaniyaya, Qərbə, bütün Avropaya parlaq gələcək vəd edir”.
Qeyd edək ki, Prezident İlham Əliyev Berlində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşüb. Toplantı zamanı Zəngəzur dəhlizi məsələsinə də toxunub. Prezident İlham Əliyev dəhlizin bütün region üçün alternativ dəhliz yarada biləcəyini diqqətə çatdırıb. Eyni zamanda Ermənistanın üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmaqla Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olduğu vurğulanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məsud Pezeşkian: İran müharibənin davam etməsində maraqlı deyil
14:57 31.08.2026
Region
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə
“Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi başa çatıb
13:32 31.08.2026
Ölkə
Paşinyan Modi ilə “Tramp marşrutu”nu müzakirə edib
13:21 31.08.2026
Gündəm
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
13:04 31.08.2026
Mədəniyyət
Azərbaycan və Çin prokurorluqları arasında memorandum imzalanıb
12:35 31.08.2026
Gündəm
Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb
12:33 31.08.2026
Gündəm
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
12:03 31.08.2026
Gündəm
İslandiyada əhali Aİ ilə üzvlük danışıqlarının bərpasını istəmir
11:57 31.08.2026
Dünya
“Arsenal” braziliyalı hücumçunu “Barselona”ya satıb
11:49 31.08.2026
Futbol