102 yaşlı qadının 80 ildir diləndiyi məlum oldu - FOTO

Türkiyənin Samsun şəhərində dilənçilik edən şəxslərə qarşı əməliyyat keçirilib.
"Ölkə.Az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, saxlanılan 102 yaşlı qadının 80 ildir dilənçilik etdiyi məlum olub.
Polisin xəbərinə əsasən, qadın hər gün Çərşənbə qəsəbəsində dilənçilik etdiyi müəyyənləşdirilib. Yaşlı qadın ailə üzvlərinin çoxunun dilənçilik etdiyini deyib.
Saxlanılan dilənçilər 153 lirə cərimələnib.