"Türkləri burda basdırdıq"

85 yaşında yataq xəstəsi olan yunan vicdan əzabı çəkərək məzarların yerini dedi



















Kiprdə İtkin Şəxslər Komitəsi, 1963-cü ildə öldürülən Şevket Kadir və İbrahim Nidain cəsədlərini  basdırılmasına kömək etdiyi üçün vicdan əzabı çəkən bir yunanın xəbəri sayəsində tapdı.

1963-cü ildə ortadan itən və 52 il xəbəri alınamayan Şevket Kadir və İbrahim Nidai adlı türklərin basdırılmış olduğu yer, İtkin Şəxslər Komitəsinə gələn bir xəbər sayəsində tapıldı.
KKTC mətbuatında yer alan xəbərlərə görə, məlumatı Kadir və Nidainin basdırılmasına kömək edən bir yunan verdi. Hazırda 85 yaşında və yataq xəstəsi olan yunan, mart ayında komitədə vəzifəli iki yunanı axtararaq böyük vicdan əzabı çəkdiyini ifadə etdi və türklərin basdırılmış olduğu yeri söylədi. Adı gizli saxlanan yunan, Kadir və İbrahim Nidai öldürmədiyini, ancaq basdırılmalarına kömək etdiyini bildirdi.
Türk Müqavimət Təşkilatının (TMT) Girne məsullarından olan Kadir və İbrahim Nidainin Girnedən Laptaya dönərkən Karaoğlanoğlu Ağrısı adıyla xatırlanan bölgədə barrikada quran yunanlar tərəfindən əsir alındığı ifadə edilir. Yunanların türkləri maşınları ilə birlikdə yaxınlıqdakı bir kömür mədəninə apardığı, edam etdikdən sonra maşınları ilə birlikdə ocaqdakı çuxurlardan birinə basdırdıqları qeyd edildi.


Axtarış aylarla vaxt apardı 

İtkinlər Komitəsinin 4 ayı keçən axtarış işlərinin ardından 10 gün əvvəl başladılan qazıntı işlərində maşın ortaya çıxarıldı. Xəbərlərdə səlahiyyətlilərin Kadir və İbrahim Nidai tapdıqlarından yüzdə 99 faiz əmin olduqları, ancaq yenə də DNT testinin nəticələrini gözlədikləri ifadə edildi.

"Atam bu gün öldü"

Şövkət Kadirin BRT kanalında idman şərhçiliyi edən oğulu Salahi Uçkan, atasının qalıqlarının tapılması xəbərindən sonra yerli mətbuata verdiyi şərhdə, "Atamı sanki bu gün ölmüş kimi hiss edirəm" deyə danışdı.

Yerləri peykdən təyin olundu

İtkin Şəxslər Komitəsi, xəbərdən sonra bəhs olunan kömür mədəninin peyk görüntülərini araşdırdı. Araşdırmalar nəticəsində Kadir və Nidain abtomobillərinin yeri təyin olundu və qazıntı işləri başlandı.

Xəbərçinin şəxsiyyəti gizli saxlanır

Kiprli jurnalist Sarhad İncirli acıqlamasında, İtkinlər Komitəsinə əvvəl də bənzər xəbərlər gəldiyini, bu yolla bir çox itkin adamın məzarlarının tapıldığını söylədi. Jurnalist, son hadisədə də xəbəri verən adamın şəxsiyyətinin komitə səlahiyyətliləri tərəfindən haqqında istintaq açılmaması üçün gizli saxlandığını ifadə edir. Komitənin, xəbərləri verən kəslərin şəxsiyyətlərini gizləyərək, itkinlərin tapılmasına çalışdıqları vurğulanır.

Daha minlərlə adam axtarılır

Kiprli rum və türklərlə bərabər başqa ölkələrdən gələn mütəxəssislərin də vəzifə aldığı İtkin Şəxslər Komitəsi 1981-ci ildən bu yana fəaliyyət göstərir. Komitənin əlində 1508-i rum, 493-ü türk mənşəli cəmi 2001 itkin hesabatı var. İtkinlərdən indiyənə qədər 451 rum, 144 türkün məzarlarının tapıldığı bildirilir. Komitənin minə yaxın qazıntı işləri sahəsində 969 nəfərə aid qalıqlar ortaya çıxdığı, ancaq yüzlərlə insanın şəxsiyyətinin təsbit edilmədiyi vurğulanır.(milliyet.com)