Basdırıldıqdan bir gün sonra dirildi (Video)





Hondurasda yaşanan hadisədə 16 yaşlı hamilə qadının canlı- canlı basdırıldığı aydın oldu. İnanılmaz hadisəni bir gün sonra qadının həyat yoldaşı fərq etdi.

Neysi Perez adlı 16 yaşlı gənc qadının məzarını basdırıldıqdan bir gün sonra həyat yoldaşı ziyarətə getdi. O zaman məzardan gələn qışqırıqları və tabuta vurulan yumruq səslərini eşidən adam təşvişə düşdü.
Ailə üzvlərini də çağıran adamla birlikdə hər kəs qadının betonla örtülən məzarını yıxmağa başladı. Sonunda tabuta çatdılar. Ancaq tabutun qapağını açdıqlarında artıq çox gec idi. 3 aylıq hamilə olan və yeni evləndiyi üçün gəlinliyiylə basdırılan gənc qadın çox təəssüf ki, yenidən həyatını itirmişdi.
Şok edən hadisədə qadının barmaq uclarının göyərmiş, hətta kiçik kəsiklərin olduğu görünüb. Yaşanan həyəcandan sonra qadının yaşadığına dair heç bir ipucu tapa bilməyən ailə, eyni məzarda gənc qadını yenidən dəfn edib.