ABŞ-da 2 jurnalist canlı yayım zamanı güllələnib

Bir jurnalist və bir fotomüxbir öldürən şəxs intihar edib


ABŞ-ın Virciniya ştatında canlı yayım zamanı bir jurnalist və bir fotoqraf naməlum şəxs tərəfindən güllələnib.
APA-nın "Reuters”ə istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında jurnalistlər "Bridgewater Plaza”da müsahibə alarkən baş verib. Öldürülən şəxslər - 24 yaşlı reportyor Alison Parker və 27 yaşlı fotoqraf Adam Vard ştatın WDBJ7 televiziyasının əməkdaşları olub.
ABŞ-ın Virciniya ştatında canlı yayım zamanı bir jurnalist və bir fotomüxbir öldürən şəxs intihar edib.
APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, qətli törədənin şəxsiyyəti müəyyənləşib.
Brays Uilyams əvvələr WDBJ7 telekanalının əməkdaşı, güllələdiyi şəxslərin həmkarı olub.
İntihardan əvvəl hadisənin video görüntülərini yayan Brays Uilyams jurnalistləri qeyri-peşəkarlıqda günahlandırıb.