Bir quzuya görə qatil oldu





Bursada satdığı quzunun pulu saxta çıxdıqdan sonra 4 gün əvvəl işdən qovulan çoban, pnevmatik tüfənglə yenidən iş yerinə gələrək müdirin oğulunu öldürdü. Ölən gəncin yaxınları qatil şübhəlisini dəhşətli şəkildə döydülər, linç etməyə çalışdılar.

İddiaya görə, 4 ildir fermada çalışan B. Ö. (37), bir adama 350 lirə qarşılığında quzu satdı. B.Ö.dan pulu alan ferma sahibi pulun saxta olduğunu görüncə çobanıyla mübahisə etdi. Mübahisə nəticəsində B. Ö., işdən çıxardıldı. 4 gün sonra ov tüfəngiylə çalışdığı iş yerinə gələn B. Ö., müdiri ilə mübahisəyə başladı. Mübahisənin böyüməsindən sonra tüfəngi çıxardan B. Ö., müdirin oğulu Eray Bayramı (18) ağır yaraladı. Xəstəxanaya aparılan Bayram bütün müdaxilələrə baxmayaraq həyatını itirdi. Gəncin yaxınları isə çobanı möhkəm döydülər, linç etməyə çalışdılar.