Rusiya XİN-i Gürcüstanı hədələdi : NATO təlim mərkəzinin açılması regionda sabitliyi pozacaq





Bakı-APA. Rusiya Xarici İşlər Nazirliyi Gürcüstanda NATO təlim mərkəzinin açılmasını provokativ addım və regionda sabitliyi pozan faktor kimi dəyərləndirib.
APA-nın news.am-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Gürcüstanda bu tipli hərbi obyektin yerləşdirilməsi regionun təhlükəsizliyinə ciddi təsir edəcək: "Rəsmi Tbilisini NATO-ya daxil etməyə çalışan qüvvələr bunun məsuliyyətini yaxşı dərk etməlidir. Rusiya isə belə olan halda, müttəfiqlərinin təhlükəsizliyinin təmin olunması üçün öhdəliklərini yerinə yetirməyə davam edəcək”.