Saç boyası bu hala gətirdi






İngiltərədə 30 yaşlı Ann-Marie Hyde adlı qadın saçlarını evdə boyadıqdan sonra həyatının şokunu yaşadı. Gənc qadın bir neçə saatın içində tanınmaz bir hala gəlmişdi.
Ann-Marie Hyde saçındakı ağları bağlamaq üçün saçını boyadıqdan bir neçə saat sonra üzü o qədər şişdi ki, nə uşaqları, nə də həyat yoldaşı tanıya bildi. İşin ən qəribə tərəfi isə Hydenin 10 ildir eyni saç boyasını istifadə etməsi idi. Talehsiz qadının dərisi bu dəfə saçını boyaydıqdan bir neçə saat sonra ciddi allergik reaksiya verdi.
Yazıq qadın iki gün baoyunca şişlikdən bağlanan göz qapağı səbəbiylə korluq yaşadı. Ann-Marienin 5 yaşındakı oğulu anasının üzünü görüncə gözyaşlarına boğuldu.
Ann-Marie Hyde indi boya firmasına iddia açmağa hazırlaşır. Rəngləmədən qısa bir müddət sonra baş dərisinin yanmağa və qaşınmağa başladığını söyləyən Hyde, işdə müdirinin təcili olaraq xəstəxanaya getməsi lazım olduğunu söyləyənə qədər üzünün şişdiyinin fərqində olmadığını izah edir.
Sağlamlıq vəziyyəti hazırda yaxşı olan gənc ana bir daha saç boyasından istifadə etməyəcəyini düşünür.