“11 məhbusun “Tubzon”a köçürülməsi mənim üçün təəccüblüdür”
20:38 25.02.2015
Arxiv
1625
Sahib Məmmədov: “Biz hələ 14-cü kolona baş çəkib, məhkumlarla söhbət edə bilməmişik”
Ötən il dekabrın sonunda 14 saylı cəzaçəkmə müəssisəsində məhkum Elşad Babayevin öldürülməsi ilə bağlı ortaya çıxan ilginc faktlardan sonra sözügedən cəzaçəkmə müəssisəsi ilə bağlı yayılan məlumatların ardı-arası kəsilmir. Həmin gündən sonra ölkə ictimaiyyətinin diqqəti 14-cü "kolon”a yönəlib.
Həmin cəzaçəkmə müəssisəsində cəza çəkən məhbus anaları mətbuatda övladlarına qarşı edilən işgəncələrlə bağlı fəryad edir. E.Babayevin öldürülməsindən sonra 11 məhkumun "Tubzon”a (vərəmli məhkumlar üçün müalicə müəssisəsi) köçürüldüyünü iddia edən Aynur Yaqubova oranın işgəncə yeri olduğunu deyib. "Tubzon”un rəisi Nizami Quliyevin məhkumlara işgəncə verdirdiyini iddia edən A.Yaqubovanın sözlərinə görə, məhkumların əllərinə 4 qandal vurdurmaqla, 10 gün əli bağlı vəziyyətdə karsda saxlayıblar. "Tubzon”un gestapo, N.Quliyevin də gestapo şefi olduğunu deyən məhbus anasının iddiasına görə, havasız yerdə saxlanmaqdan məhkumların rəngləri ağarıb, özləri də şişkindir.
Azərbaycanda Penitensiar Xidmətə İctimai Nəzarət Komitəsinin üzvü, hüquq müdafiəçisi Sahib Məmmədov isə İşçi qrupunun üzvləri olaraq, baş verənləri araşdırmaq üçün 14 saylı cəzaçəkmə müəssisəsinə baş çəkmək imkanları olmadığını deyib: "Sözün açığı, mərhum Elşad Babayevin ölümü ilə bağlı aidiyyəti qurum tərəfindən aparılan araşdırmaların indiyə qədər heç bir nəticə verməməsi məni çox narahat edir. Amma dediyim kimi, vaxt məhdudiyyəti səbəbindən biz hələ 14-cü kolona baş çəkib, məhkumlarla söhbət edə bilməmişik. Könüllülər olaraq, yəqin ki, yaxın vaxtlarda vaxt edib, söz-söhbətlərə son qoymaq üçün məsələni araşdırarıq. Hələlik isə 14 saylı cəzaçəkmə müəssisəsində baş verənlərlə bağlı heç nə deyə bilmərəm. Biz də hamı kimi ümumi məlumatlara sahibik”.
Elşad Babayevin öldürülməsinə etiraz olaraq aksiya keçirən 11 məhkumun hadisədən sonra "Tubzon”a köçürülməsi və onların əllərinə 4 qandal vurdurmaqla 10 gün əli bağlı vəziyyətdə karsda saxlanmalarına gəldikdə isə S.Məmmədov bu iddiaların inandırıcı olmadığını desə də, təkzib də etmə haqqının olmadığını da vurğulayıb: "Təbii ki, məhkum ailələrinin övladlarının durumu ilə bağlı mətbuata məlumat vermək və fikir yürütmək haqqı var və mənim buna toxunmaq haqqım yoxdu. Amma Elşad Babayevin ölümünə etiraz əlaməti olaraq, ayağa qalxan 11 məhbusun işgəncə məqsədi ilə "Tubzon”a köçürülməsi mənim üçün təəccüblüdür. Çünki "Tubzon” məhkumlara işgəncə vermək üçün "əlverişli” müəssisə deyil. Ora Avropanın ən yaxşı qapalı müalicə müəssisələrindəndir. Hadisə ilə bağlı araşdırma aparmadığım üçün əlimdə faktlar yoxdur, buna görə də məhkum ailələrinin iddialarını inkar etmirəm, bəlkə də haqlıdılar. Amma mənim üçün bu, ağlabatan deyil. 8 ildir ki, Penitensiar sistemdəyəm, bu günə qədər "Tubzon” adlanan ixtisaslaşmış müalicə mərkəzi ilə bağlı xoşagəlməz faktlara rast gəlməmişəm. Əslində heç işgəncə "Tubzon”un statusuna da uyğun deyil. Etiraza qalxan 11 məhkumla bağlı rəhbərliyin işgəncə məqsədi olsa, onları elə "Qobustan” həbsxanasına köçürərdilər. İşgəncə üçün cəzaçəkmə müəssisəsi azlığı deyil ki, onları "Tubzon” kimi bir mərkəzə köçürsünlər. "Tubzon” vərəm, AİDS kimi xəstəliklər üçün ixtisaslaşmış qapalı müalicə mərkəzidir. Sözügedən müəssisə beynəlxalq təşkilatlar tərəfindən ən yüksək qiyməti alıb. Avropadan, region ölkələrindən nümayəndələr gəlib, "Tubzon”un praktikasını öyrənir. Bildiyiniz kimi, işgəncə ən iyrənc, ən qəddar təsir vasitəsidir. İnanmıram ki, "Tubzon” rəhbərliyini beynəlxalq aləmdə bu cür yüksək reytinq və imic sahibi olan bir müəssisənin fəaliyyətinə ləkə salsınlar. Bir daha təkrar edirəm ki, bu mənim şəxsi mövqeyimdir və əlimdə faktlar olmadığı üçün heç kimin iddialarını təkzib eləmirəm. Əgər həmin məhkumların "Tubzon”a işgəncə məqsədi ilə köçürülmələrinə dair kiminsə əlində faktlar varsa, buyursun!”
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm