13 yaşlı qızın doğuş sancısı

Nadir xəstəlikdən əziyyət çəkən qız daima doğuş sancısı çəkir



İngiltərədə yaşayan 13 yaşlı qız çox nadir bir xəstəlikdən əziyyət çəkir. ANS PRESS-in məlumatına görə, Lusi Lov daima doğuş sancısına bənzəyən ağrılardan əziyyət çəkir.
Əslinqə qızın problemi onun həzm sistemi ilə bağlıdır.
Qız problemi ilə bağlı həkimə müraciət edəndə ona qəbzlik diaqnozu qoyulub. Aylarla davam edən müalicə heç bir nəticə verməyib. Aylar sonra ağrılar şiddətləndikdən sonra acı gerçək üzə çıxıb. Uzun müddətli tədqiqatlar onun nadir bağırsaq xəstəliyindən əziyyət çəkdiyini üzə çıxarıb.
Qızın iki arteriya damarı onikibarmaq bağırsağına təzyiq edir və nəticədə güclü ağrılar olur. Bu SMA sindromu adlanır.
Ən maraqlısı isə odur ki, ailə övladlarının dərdinə çarə olacaq həkimi də tapa bilmir.