13 yaşlı şagirdindən hamilə qaldı: 10 il iş aldı

ABŞ-ın Texas ştatında keçən ilin aprel ayında 13 yaşlı  şagirdiylə cinsi bir əlaqə yaşadığını etiraf edən keçmiş ingilis dili  müəlliməsi Alexandria Vera cinsi istismar cinayətindən 10 il həbsə məhkum edildi.
İngilis müəlliməsi sentyabr 2015-ci ildən 2016-cı ilin aprelinə  qədər şagirdiylə dəfələrlə birlikdə olduğunu qəbul etmişdi. Məhkəmə sənədlərində müəllimənin şagirdiylə  hər gün əlaqəyə girdiyi və bu vəziyyəti gizləmək kimi bir səbəb də görmədikləri ifadə olunur.
13 yaşlı şagirdindən hamilə qalan, 6 yaşında da bir qızı olan Vera abort etdirdiyini də etiraf etmişdi. Bütün olan bitəni adı gizli saxlanan   şagird də qəbul etmişdi.
13 yaşlı şagird keçən ilin avqust ayından bu yana mühafizə altında saxlanır. Dünən reallaşan son məhkımə prosesində  10 il həbs cəzası alan Veranın  həddindən artıq rahat rəftarları isə reaksiya çəkib.