İtkin uşaqları, atalarının sevgilisi öldürübmüş
İstanbulda 14 il əvvəl itən 2 uşağın öldürüldüyü, cinayət şübhəlisinin də ölən uşaqların atasının sevgilisi olduğu ortaya çıxdı.
Bir hal şahidinin illər sonra gələn ifadəsinin ardından polis şübhəlini nəzarətə götürdü. Pendikdə 2001-ci ilin 23 dekabr günü çörək almaq üçün evdən çıxan Dərya (8) və Dəniz (6) Güldənə itkin düşdülər. Ana Aydan Güldənə o tarixdən sonra uşaqlarını tapmaq üçün polisə müraciət etdi.
Televiziyalara çıxaraq uşaqlarını axtardı. Aydan Güldənə o vaxtlar uşaqlarını boşanmaq üzrə olduğu həyat yoldaşının qaçırdığını da iddia etdi. Ancaq uşaqlar heç cür tapılmadı.
İllərdir tozlu rəflərdə qalan cinayyət işi bir şahidin ifadəsiylə təkrar açıldı. 26 yaşındakı bir qadın, polisə gedərək, uşaqların itdiyi həftə yaşadığı bir hadisəni izah etdi.
O dövr 12 yaşında olan hal şahidinin iddiasına görə, uşaqların itdiyi həftə bir zibil konteynerinə 2 paket daşıyan bir qadın ondan kömək istədi. Gənc qadın, zibilə atılan o paketlərdə, uşaqların cəsədlərinin ola biləcəyini qarşıya qoydu. Hal şahidinin polisə verdiyi məlumatda, qadının davranışlarının çox şübhəli olduğunu və kimsəyə bir şey söyləməməsi üçün onu tənbeh etdiyini dilə gətirdi.
İllərdir vicdan əzabı çəkdiyini ifadə edən sürpriz şahid, "Gülhan G. narahat və təlaşlı idi. Əllindəki paketləri daşıya bilmədiyini söyləyərək məndən kömək istədi. Paketləri zibil qutusuna atdı. Paketlərdə cəsədlər vardı. Daha sonra da mənə bu mövzudan kimsəyə xəbər verməməyimi söyləyərək təhdid etdi. Uşaq olduğum üçün çox qorxdum. Daha sonra da konteynerin iy verdiyini ifadə edərək bələdiyyəyə səsləndi. Bu hadisəni heç cür unuda bilmirəm. Gülhan G. bir müddət sonra uşaqların atasıyla evləndi. Sanıram ki, uşaqlar qarşısında maneə idi” deyə danışdı. Dedektivler, gənc qadının verdiyi məlumatları qiymətləndirdi. İşlərdə, şübhəlinin ölən uşaqların atasının sevgilisi G. G. olduğu ortaya çıxdı. Şübhəlinin 2001-ci iddə Dərya və Dənizin atasıyla əlaqə yaşadığı, evlənmək üçün isə 2 uşağı mane olaraq gördüyü iddia edildi. Nəzarətə alınan qatil şübhəlisi polisdəki əməliyyatların ardından həbs olundu.