14 yaşı tamam olmayanlara dərman satışı qadağan edildi
09:58 01.02.2018
Arxiv
623
Azərbaycanda 14 yaşı tamam olmayan şəxslərə dərman vasitələrinin satışı qadağan edildi. "Sherg.az"-ın xəbərinə görə, parlamentin bugünkü iclasında "Dərman vasitələri haqqında” qanuna dəyişiklik edilib.
Qanunun hazırda qüvvədə olan 13-cü (Əhaliyə dərman vasitələrinin buraxılması) maddəsinə əsasən, əhaliyə dərman vasitələri yalnız aptek təşkilatları tərəfindən buraxılır.
Aptek təşkilatlarında "Həyati vacib və təcili hallarda istifadə edilən dərman vasitələrinin siyahısı"na daxil edilmiş dərman vasitələrinin olması məcburidir. Optik ləvazimatlar, ətriyyat-kosmetika, uşaq yeməkləri, müalicəvi mineral sular, bioloji fəallığa malik qida əlavələri və şəxsi sanitariya-gigiyena malları istisna olmaqla, aptek təşkilatlarında digər malların satılması qadağandır. Həkim resepti əsasında buraxılan dərman vasitələrinin reseptsiz buraxılması qadağandır. Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddəyə yeni - 13.3-1 bənd əlavə edilir. Bəndə əsasən, 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin buraxılması qadağan edilir. Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Anar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Sabah"dan tarixi uğur: KL-nin əsas mərhələsini təmin etdi
21:13 28.07.2026
Futbol
Netanyahu Trampla görüşmək üçün Ağ Evə gəlir
20:37 28.07.2026
Gündəm
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
ABŞ Ankaraya son şərti: S-400 getməsə, F-35 yoxdur - General
17:32 28.07.2026
Gündəm