2 ildir qaçır, 40 min dollar yığdı








Hələ 11 yaşındadır,  amma tək başına tam 40 min dollar yığdı. Üstəlik qaçaraq. Nikolas Toocheck  2 ildir dünyanın hər yerində qaçmağa davam edir.

11 yaşındakı ABŞ-lı Nikolas Toocheck, hər qitədə marafon qaçan ən gənc idmançı oldu.
Köməyə möhtacı olan  uşaqlara dəstək olmaq üçün marafon qaçan gənc idmançı, marafonlarda toplanan pulları ‘Operation Warm' adlı yardım təşkilatına  bağışlayır.
Atası tərəfindən qurulan "Operation Warm"a bu ana qədər 40 min dollarlıq (84 min TL) yardım qazandıran  Toocheck, bununla  yardım təşkilatının minlərlə uşağın ehtiyaclarını aradan qaldırmasına kömək etmiş olur.
Hələ 6-cı sinifə gedən Toocheck, kömək kampaniyası üçün qaçmağa hansı səbəbı görə başladığını "Fərqinə vardım ki, yaxşı işlər görmək  üçün böyüməniz lazım deyil" sözləriylə izah etdi.

2 ildir kömək məqsədli marafon qaçan Toocheck, məqsədinin  1 milyon dollar (2.2 milyon TL) hədiyyə yığmaq olduğunu açıqladı.