19 yaşlı gənc hamını heyrətləndirib

İnsanlar ona aşağıdan yuxarı baxır
ABŞ-ın Miçiqan ştatında yaşayan Broc Braun öz görüntüsü ilə hamını heyrətləndirib. 19 yaşına yenicə girən gənc 2.33 metrdən artıq boyu ilə gənclər arasında dünyanın ən uzun boylu insanı olaraq Ginnesin Rekordlar Kitabına düşüb.
Boyunun ildə 20 santimetr uzandığı qeyd olunan Braunun dünyanın ən uzun insanı olan Sultan Kosan ilə yarışdığı iddia olunur. O, həmyaşıdları arasında özünə rəqib görmədiyini deyib. Qeyd edək ki, gəncin yanında duran yoldaşları, qardaşları və valideynləri ondan çox qısa olduğu üçün şəkli görənlər "Dəvə-cücə” şərhləri yazıb.