“2018-ci ildə Dilqəm və Şahbazı azad edəcəyik” - Deputat çox ümidlidir

"2018-ci ildə Dilqəm və Şahbazı azad edəcəyik”.
Bunu "Sherg.az”a millət vəkili Aqil Abbas deyib. 
O bildirib ki, Rusiya, Minsk qrupu həmsədrləri və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə aparılan müzakirələrin heç bir əhəmiyyəti yoxdur: 
"Ümumiyyətlə, Minsk qrupu deyə qurum, təsisat tanımıram. Azərbaycan öz gücü hesabına girov götürülən vətəndaşlarını azad edəcək. Minsk qrupuna ehtiyacımız yoxdur".
Qeyd edək ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında girovların azad olunması barədə keçirilən müzakirədən danışıb. O bildirib ki, bundan başqa, itkin düşmüş 4 min nəfərədək Azərbaycan vətəndaşının taleyinin müəyyənləşdirilməsi istiqamətində də müzakirələr aparılıb.
Aysel Aslan