Məktəb direktorunu maşın vurdu

Əjdər Ələsgərov hadisə baş verən zaman sərxoş olub

Gədəbəydə məktəb direktorunu avtomobil vurub. Hadisə Gədəbəydə rayonunun mərkəzində, Heydər Əliyev prospektində baş verib. Gədəbəy rayon Polis Şöbəsindən bildiriblər ki, 47 yaşlı Mahal Sadıqov idarə etdiyi "VAZ 2107” markalı avtomobillə yolu keçmək istəyən piyada, Yenikənd kənd sakini, rayon 4 nömrəli məktəbin direktoru, 39 yaşlı Əjdər Ələsgərovu vurub. APA TV-nin məlumatına görə, xəsarət alan Əjdər Ələsgərov dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Rayon Polis Şöbəsindən verilən məlumata görə, Əjdər Ələsgərov hadisə baş verən zaman sərxoş olub. Sürücü Mahal Sadıqov isə saxlanılıb. Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.