Maşınlar bir-birinə girdi: yaralılar var

Qəza nəticəsində iki avtomobil tam yararsız hala düşüb



Siyasət Şəmkirdə baş vermiş yol qəza hadisəsi nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Kəpəz TV-nin verdiyi məlumata görə, qəza gecə saatlarında Şəmkir rayonunun Şiştəpə kəndi ərazisində baş verib. Şiştəpə kənd sakini, 24 yaşlı Bəxtiyar Vəliyevin idarə etdiyi "VAZ 2106” markalı avtomobillə Şəmkir şəhər sakini, 49 yaşlı Eyvaz Rəsulovun idarə etdiyi "VAZ 2106” markalı avtomobil toqquşub. Qəza nəticəsində hər iki avtomobil tam yararsız hala düşüb. Qəzanın ötmə əməliyyatının düzgün yerinə yetirilməməsi səbəbindən baş verdiyi ehtimal edilir.
Qəzadan sonra hər iki sürücü, eləcə də Bəxtiyar Vəliyevin sərnişini - 36 yaşlı Səbuhi İsmayılov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Həkimlər yaralıların səhhətini orta-ağır kimi qiymətləndiriblər.
Şəmkir rayon Polis Şöbəsində qəza ilə bağlı araşdırma aparılır.