"Rail Rzayevin qətli ilə bağlı yeni heç bir yenilik yoxdur”. Bu sözləri Azərbaycanın baş prokuroru Zakir Qaralov jurnalistlərə açıqlaması zamanı söyləyib. Onun sözlərinə görə, Azərbaycan müdafiə nazirinin keçmiş müavini, Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı, general-leytenant Rail Rzayevin qətlinin üstünün açılması istiqamətində prokrorluq orqanları tərəfindən aparılan araşdırma işləri davam etdirilir: "Hazırda cinayətin açılması və onu törədənlərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir”.
Qeyd edək ki, general-leytenant Rail Rzayev 2009-cu il fevralın 11-də, saat 07.30 radələrində Yasamal rayonu, İnşaatçılar prospekti, 533-cü məhəllədəki evindən 300-400 metr aralıda, İsmayıl bəy Qutqaşınlı küçəsindəki 172 saylı orta məktəbin yaxınlığında odlu silahdan açılan atəşlə qətlə yetirilib.