"Mən əminəm ki, Elşad Abdullayev Azərbaycana ekstradisiya ediləcək”. Bu sözləri Baş Prokuror Z.Qaralov Elşad Abdullayevin Azərbaycana ekstadisiyası məsələsi ilə bağlı sualı cavablandırarakən deyib: "Bu istiqamətdə lazımı orqanlara tapşırıqlar verilib. Mən əminəm ki, o ölkəyə ekstradisiya ediləcək”. Sabiq rektorun qardaşı Elsəvər Abdullayevlə ilə bağlı məsələyə isə Baş Prokuror belə cavab verib:”Elsevər Abdullayev hələ də prokurorluq orqanlarında çalışır”. İsmayıllıda baş verən hadisələrlə bağlı isə Zakir Qaralov bunları söyləyib:”İsmayıllı rayonunda baş verən iğtişaşlarla bağlı cinayət işinin istintaqı artıq yekunlaşıb.İndi cinayət işinin yekunları ilə tanış olunmalıdır.