Antalya-Bakı aviareysində şübhə...

Türkiyədən Azərbaycana dəyənəklərin gətirilməsinin qarşısı alındı

Nəqliyyatında Baş Gömrük İdarəsində Antalya-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı Pərviz Əhədova məxsus çantaya gömrük baxışı zamanı həmin çantadan gömrük nəzarətinə təqdim edilməyən 1 ədəd metaldan hazırlanmış dəyənək aşkar olunub.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı Pərviz Əhədov izahatında həmin dəyənəyi Antalya şəhərindən suvenir qismində aldığını bildirib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən isə, kustar üsulla hazırlanmış həmin əşya əzici-vurucu xassəyə malik soyuq silah və təyinatı üzrə istifadəyə yararlı hesab edilib. Hava Nəqliyyatında Baş Gömrük İdarəsində buna bənzər daha bir qaçaqmalçılıq halının qarşısı alınıb. Antalya-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı Orxan Əhədova məxsus çamadana gömrük baxışı zamanı oradan gömrük nəzarətinə təqdim edilməyən 1 ədəd metaldan hazırlanmış dəyənək və 2 ədəd metaldan hazırlanmış "beşbarmaq” aşkar olunub. İlkin araşdırma zamanı Orxan Əhədov da izahatında həmin dəyənək və "beşbarmaq”ları Antalya şəhərindən suvenir qismində aldığını bildirib. Lakin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, kustar üsulla hazırlanmış həmin əşyalar da əzici-vurucu xassəyə malik soyuq silah və təyinatı üzrə istifadəyə yararlı hesab edilib.