Bu il iyulun 21-də Bakı şəhər sakini, 2010-cu il təvəllüdlü İmran Cəfərzadənin Xaçmaz rayonunun Seyidli kəndində fəaliyyət göstərən "Nabran Holiday Village” istirahət mərkəzində ağır bədən xəsarətləri alması ilə nəticələnən hadisə ilə bağlı həbs olunan 3 nəfərin həbs müddəti uzadılıb.
Bu barədə APA-ya məlumat verən vəkil Kamandar Nəsibovun sözlərinə görə, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə hər üç şəxsin həbs müddəti 2 ay uzadılıb.