Dünən Bakıda kişi meyidi tapılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, Binəqədi şosesindəki evlərdən birində kirayədə yaşayan Ağstafa rayon sakini Cahangir Mustafayevin meyidi aşkarlanıb. Onun meyidinin üzərində zorakılıq əlamətləri olmayıb.
Faktla bağlı araşdırmalara başlanıb.