Bayramda 2 gün iş olmayacaq

15-16 oktyabr tarixlərində ölkə ərazisində Qurban bayramı qeyd olunacaq

Qurban bayramı münasibəti ilə gələn həftə iki gün qeyri-iş günü olacaq. Nazirlər Kabinetindən verilən məlumata görə, 15-16 oktyabr tarixləri Azərbaycanda Qurban bayramı qeyd ediləcək. Bayram günləri həftənin çərşənbə axşamı və çərşənbə günlərinə təsadüf edir. Qeyd edək ki,artıq Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Qurban bayramı ilə bağlı fətva verib.