Sherg.az xəbər verir ki, tibbi statistikaya görə, hazırda dünyada, ən azı, iki nəfərdən biri görmə ilə bağlı bu və ya digər problemlərlə üzləşir. Və çoxları buna o qədər də ciddi yanaşmayaraq görmə zəifliklərinin əsəb, yorğunluq, üzgünlük, yaxud yaşla bağlı olduğunu düşünürlər.
Amma laqeyd yanaşdığımız simptomların arxasında katakta, qlaukoma kimi xəstəliklər gizlənə bilər. Görmədə azacıq zəiflik yaranıbsa, bunu diqqətdən yayındırmaq olmaz. Çünki bu gün gözləriniz yorulubsa, bir ildən sonra eynək tövsiyə olunacaq.
Ən geniş yayılmış göz xəstəliyi miopiya, yaxud yaxını zəif görmədir.
Katarakta- gözlərin soyuqlaması və ya gözə infeksiya düşməsidir. 40 yaşdan yuxarı insanların bu xəstəliyə tutulma ehtimalı yüksəkdir.
50 yaşdan yuxarı hər 5 nəfərdən birində qlaukoma xəstəliyi aşkarlanır. Bu xəstəliyə səhlənkar yanaşma görmənin itirlməsinə gətirib çıxara bilər.
Əgər gözləriniz müntəzəm olaraq qızarır və ağrıyırsa, bu, katarakta və ya qlaukomadan xəbər verir. Təcili həkimə müraciət edin. Göz sadəcə qızarıbsa və ağrımırsa, gözün damarı çatlayıb. Bu öz-özünə keçən xəstəlikdir, bu şərtlə ki, həmin müddətdə gözləri "yükləməyəsiniz".
Sizə elə gəlir ki, gözünüzə nəsə düşüb. Gözünüz qanla dolubsa, yad cisim ağ pərdəni, ya da gözün giləsini deşə və görmənin qismən itməsinə səbəb ola bilər. Göz giləsinin arxasında cəmləşən ağrı duyulması miqrendən xəbər verir.
Göz altı və üstündəki ağrı viruslu infeksiyalar zamanı olur.
Ara-sıra gözün qabağında nəsə sayrışır və görmə zəifləyibsə, soyuqlama və gözdaxili infeksiya var. Ancaq həkimə müraciət edin!
Ani olaraq gözləriniz qaralırsa və bu tədricən müntəzəm hala keçisə, mütəxəssis yanında görmənizi yoxladın. Yaşlı adamlarda gözün biri qəflətən tutulanda insult, yaxud artritdən şübhələnmək olar. Oftalmoloq və ya teraevtin yanına gedin.
Ara-sıra işıq mənbəyinin ətrafında göy qurşağı tək zolaq görəndə yubanmadan həkimə üz tutun. Bu - tipik qlaukoma əlamətidir!
Qəflətən həm gözdə, həm də eyni zamanda başda güclü ağrılar başlasa, gözdə qızartı, gözün önündə göy qurşağı, əksər hallarda isə bu proses ürəkbulanması və öyümə ilə müşaiyət olunsa, bu, olduqca təhlükəli və kəskin qlaukoma tutmasıdır, görmə bir neçə saat ərzində itə bilər.
Haçansa həkimdən bəd diaqnoz eşitmək istəmirsinizsə, əvvəlcədən gözlərinizin qayğısına qalın!
Aysel Aslan