Aqşin Yenisey Bakıdakı evini niyə satır? - Səbəb açıqlandı





Bir müddətdir ki, Türkiyədə məskunlaşan azərbaycanlı tanınmış şair, publisist Aqşin Yenisey Bakıdakı evini satdığa çıxarıb. Sherg.az xəbər verir ki, bu barədə şairin özü feysbuk səhifəsində elan yazıb. 

Həmin elanı təqdim edirik:

Dostlar, Bakıda yaşadığım evi satıram. Ev Nəriman Nərimanov metrosunun və Heydər Əliyev mərkəzinin yanında yerləşir. Özü və tanışları üçün maraqlananlar inboksa yazsın, bir az da alver edək. Bonus olaraq xeyli kitab verəcəyəm!"

Şairin bu addımın səbəblərini öyrənmək üçün özü ilə əlaqə saxladıq. 

O, Sherg.az-a açıqlamasında qərarını belə izah etdi: "

Həyat yoldaşımın Hacəttəpə xəstəxanasndakı işləri ilə bağlı ailəmiz yaxın beş ildə Türkiyədə yaşamalı olduğu üçün burda evə ehtiyac var. Kirayə haqqı çox bahadır. Mən özüm, onsuz da, gah Türkiyədə, gah Azərbaycanda olacağam deyə əsas ailəni evlə təmin etmək istəyirəm".

Ayyət