"Azərbaycan prezidenti İlham Əliyevin xarici siyasəti balanslı və tarazlaşdırılmış siyasətdir. Bu siyasətin əsasını ulu öndər Heydər Əliyev qoyub. İ.Əliyev həmin siyasəti sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq davam elətdirir. Həmin siyasətə çeviklik və hücum taktikasi əlavə edib".
Bu sözləri Sherg.az-a Prezident İlham Əliyevin Belçika səfərini şərh edərkən millət vəkili Elman Nəsirov deyib.
Parlamentarinin sözlərinə görə, Azərbaycan üçün prioritet olan hər hansı bir dövlət və beynəlxalq təşkilatla münasibətlərimizdə bərabərhüquqlu və qarşılıqlı əməkdaşlıqdır:
"Məsələyə bu konteksdə yanaşdıqda Azərbaycan prezidentinin Belçikaya səfəri də kifayət qədər böyük siyasi əhəmiyyət kəsb edir. Nəzərə alsaq ki, Avropa İttifaqının iqamətgahı da məhz Belçikada yerləşir. Artıq Azərbaycan prezidenti və Avropa İttifaqı rəhbərliyi bir sıra ikitərəfli görüşlərə başlayıb. Aİ və Azərbaycan arasında təhlükəsizlik sferası ilə bağlı çox ciddi əlaqələrin əsası qoyulub. Tərəflər bir-biri ilə strateji tərəfdaşlıq münasibətləri saxlayırlar. Keçən ilin fevral ayının 29-da Azərbaycanda Cənub Qaz Dəhlizi layihəsi üzrə məşvərət şurasının 2-ci toplantısı keçirildi. Həmin toplantıda yeddi dövlət bu layihədə iştirak edirdi. Bundan başqa Balkan ölkəsi, ABŞ və Aİ bu tədbirə qatıldı. Onlar da yekun sənədə imza atdı.
Cənub Qaz Dəhlizi layihəsinin artıq real olduğunu təsdiqləyən Aİ ilə bu sferada yeni sıx əlaqələrimiz var. Bu əlaqələr inkişaf etməkdədir. Hesab edirəm ki, Aİ ilə Azərbacan arasında bu tərəfdaşlığın inkişafına dair sənədin imzlanması istiqamətində ciddi müzakirələrin aparılacağı və müəyyən əməli addımların atılacağı istisna deyil. Azərbaycan Aİ-nın irəli sürdüyü məlum sənədə imza atmamışdı. Ölkəmizlə Aİ çərçivə sənədinin yeni missiyası üzərində işlərə başlamışdı və bu sənəd əvvəlki sənəddən daha böyük məna kəsb edir. Yəni əlaqələrin daha da inkişafına kömək edən bir sənəddir. Azərbaycan viza işinin sadələşdirilməsi və onun tamamilə ləğvi məsələlərinə xüsusi önəm verir. Aİ ilə ölkəmiz arasında geniş vektorlu məsələlər üzrə ikitərəfli əlaqələrin inkişafına dair yeni çərçivə sənədininin imzalanacağına inanırıq. Bu mənada məlum səfər Azərbaycanla Avropa İttifaqı arasındakı əlaqələrin inkişafı üçün yeni imkanlar yaradacaq”.
Qeyd edək ki, bu günlərdə Azərbaycan prezidenti İlham Əliyev Belçikaya səfər edib. Səfər çərçivəsində dövlət başçısı bir sıra önəmli görüşlər keçirib.
Ayyət Əhməd