Brakonyerlər zooparkda ağ kərgədanı öldürüblər





Naməlum şəxslər Fransada Tuari zooparkına girib ağ kərgədanı öldürüblər və onun buynuzunu mişarla kəsiblər.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, naməlum şəxslər buynuzu götürərək hadisə yerindən qaçıblar.

"Onlar kərgədanı güllələyiblər və buynuzlarından birini mişarla kəsiblər. İkinci buynuzda sadəcə mişarın izləri var və bu o deməkdirki onları kimsə qorxudub", - zooparkda qeyd ediblər.

Hadisə ilə bağlı araşdırma aparılır.