Baxın, kola və enerji içkisi dişləri nə hala salır... -FOTO

Bir diş həkimi iyirmilik dişlərini kola və enerji içkisində saxlayaraq olduqca maraqlı bir təcrübəyə imza atdı.
Dr. Tom Biermanın "Fiqura1" internet saytında paylaşdığı foto hər kəsi şok etdi. Amerikalı diş həkimi yeni enerji içkilərinin hər yeddi dənəsindən birinin alüminium qutularını erroziyaya məruz qoyduğunu iddia edən bir kitab oxuduqdan sonra "qutuya bunu edirsə, dişlərimizə nə edər?" deyə düşündü və maraqlı təcrübəni reallaşdırmağa qərar verdi.
34 yaşlı Dr. Bierman, iyirmilik dişlərindən bir dənəsini məşhur bir enerji içkisi qutusuna, ikincisini kolaya, üçüncüsünü Diyet kolaya və dördüncüsünü suya atdı.
İki həftə sonra kolanın içindəki diş az qala qapqara idi. Diyet koladakı qaralma isə ləkəli idi.
Ancaq Biermanı ən çox çaşdıran enerji içkisinin təsiri idi. Enerji içkisinə atılan dişin bir qisimi çəhrayı, bir qisimi də paslı bir rəng almışdı. Əsl şok edici olan isə istifadə edilən enerji içkisinin şəkərsiz olmasıdır.
Həm kolada, həm də enerji içkisində dişlərin ciddi errozyaya məruz qaldığını söyləyən diş həkimi, xüsusilə quru bir ağıza sahib olanlara xəbərdarlıq etdi. Tüpürcək az da olsa turşuluğu və şəkəri təmizləməyə yardım edir.