Dəyəri milyardlarla ölçülən ilk çoxfunksiyalı kompleks tikiləcək





İspaniyalı memar Santyaqo Kalatavra Böyük Britaniyada ilk çoxfunksiyalı kompleks - "Peninsula Place” layihəsini təqdim edib.
AZƏRTAC "admaqazine.ru” saytına istinadla bildirir ki, dəyəri milyardlarla funt olan kompleks London şəhərində - Qrinviç yarımadasında inşa olunmaqla, onun vizit kartına çevriləcək.

Ərazisi 92 min kvadratmetr olan obyektdə yeni metro stansiyası, teatr, kino-teatr, konsert meydançaları, barlar, mağazalar, həmçinin ofislər və otellər yerləşəcək.

Bundan başqa, şəhər hakimiyyəti tərəfindən Qrinviçin 7 yeni kvartalında 8,4 milyard funt dəyərində 15 720 bina, eləcə də, London kinostudiyası üçün yeni bina, məktəb və xəstəxanaların və digər obyektlərin tikintisi planlaşdırılır.