Britaniyada təcili yardım xidmətləri xəstələrin 85 faizinə xidmət göstərir





Britaniyada xəstələrin sayının çoxluğundan təcili yardım xidmətləri üzərinə düşən işin öhdəsindən gələ bilmədiklərinə görə, xəstələr tibbi müayinədən keçmək üçün uzun müddət gözləməli olurlar.

Ölkənin səhiyyə naziri Ceremi Hant təcili yardım xidmətlərinin üzərinə düşən vəzifənin öhdəsindən gəlmək üçün daha çox çalışmağının lazım gəldiyini söyləyib. Təcili yardım xidmətlərində 4 saat ərzində xəstələrin 95 faizinə tibbi yardım göstərilməsi qarşıya məqsəd qoyulsa da, 2015-ci ilin iyunundan bəri onu yerinə yetirə bilmir. Onlar xəstələrin yalnız 85,1 faizinə xidmət göstərə bilirlər.

Nazir məsələ ilə əlaqədar xüsusi göstəriş verərək gələn il büdcə təsdiq ediləndən sonra təcili yardım xidmətinin öz işini yerinə yetirəcəyinə ümid bəslədiyini bildirib. (Azərtac)