Bu oyun üzündən 130 gənc intihar edib

“Mavi Balina” gənc oyunçulara intiharın toxumlarını əkir
İnternet üzərindən oynanan bir kompüter oyunu, keçən 6 ay içində baş vermiş 130 gəncin intiharı ilə əlaqəsi ola biləcəyi səbəbiylə araşdırılır.
"Blue Whale”, yəni "Mavi Balina” adlı oyunda oyunçular 50 təlimatı yerinə yetirmək məcburiyyətindədir və bunlardan bəziləri ölümcül ola bilir. Budur "Mavi Balina” adlı oyun haqqında digər detallar.... Rusiyada ictimai media üzərindən edilən paylaşmalar və bir kompüter oyunu 130 nəfər gənc insanın intiharı ilə əlaqəli olaraq polis tərəfindən araşdırılır. Fotolardakı 16 yaşlı gənc qız Veronika Volkovanın, Irkutsk bölgəsində bir saytda intihar etdiyi bildirilir.
Veronikanın rəfiqəsi olan bir başqa gənc qız, 15 yaşlı Yulia da intihar edən gənclərdən biridir və gənc qadının intihar etmədən əvvəl ictimai media səhifəsinə "Son” yazdığı və bir mavi balina şəkili paylaşdığı məlum olub.
Veronika da ictimai media səhifəsinə "Duyğular itkin... Son” deyə bir qeyd buraxdıqdan sonra intihar etmişdi. Bundan əvvəl etdiyi paylaşmalarda da "Yavaş - yavaş bir işə yaramaz hala gəldiyinizi hiss edirsinizmi?”, ya da "Mən yalnız bir qarabasmayam” kimi kədərli cümlələr də yazmışdı.
Yulia və Veronikanın faciəvi ölümləri, bir silsilə intiharın parçası olaraq görünür.
"Siberian Times” qəzetinin xəbərinə görə, hadisədən yalnız 2 gün əvvəl, Çita şəhərində yaşayan 14 yaşlı bir gənc qız da, keçən qatarın önünə atılaraq həyatına son vermişdi. Nəqliyyatdan məsul polis isə intiharın "Mavi Balina” adlı kompüter oyunu ilə əlaqəsi olduğunu təsdiqləyib. Keçən il bir başqa rus qəzetində yer alan xəbərə görə, noyabr 2015 - aprel 2016-cı illər arasında baş verən 30 intihar hadisəsi eyni internet qruplarına mənsub gənclər arasında idi. Bu gənclərin hamısının xoşbəxt və maddi vəziyyətlərinin yaxşı səviyyədə olan ailələrə mənsub olduğu ifadə edilir. 
Rus istintaq orqanları Yulia və Veronikanın ölümləri ilə əlaqədar bir "intihara təşviq” ehtimalı üzərinə araşdırmaya başladı və xüsusilə internet üzərindəki "ictimai əlaqələrinə” diqqət veriləcəyini bildirdi. Bu iki nəfərə intiharı videoya qeyd etdikləri iddiası ilə 2 gənc oğlan polis tərəfindən nəzarətə alınıb. Polis əhatəli bir istintaq aparmağa hazırlaşır. İctimai media üzərində intihar oyunu olaraq adlandırılmağa başlayan bu oyunun lideri olduğu iddia edilən 21 yaşlı Philip Budasıkın, 8 fərqli intihar meylli qrup qurmaq suçu ilə həbs olunub. İddialara görə, "Mavi Balina” oyununda oyunçular müəyyən təlimatları yerinə yetirirlər və bunlardan bəziləri intihara qədər gedə bilir. Rus xəbərlərində çıxan iddialara görə, "Blue Whale” oyunu gənc oyunçulara intiharın toxumlarını əkir. Məsələn, oyunda yaxınlaşan bir qatar göstərilir və "Bu dünya bizim üçün deyil,” cümləsi ekranda görünür. Ayrıca oyunda bir binanın təpəsinə çıxmış gənclərin şəkilinin altında "Biz ölü bir nəsilin uşaqlarıyıq,” cümləsi çıxır. Məsələn, oyunçulardan qollarına bir bıçaqla balina çəkmələri deyilir. Oyunun ictimai media səhifəsi oyunçulara "Özünüzü daha neçə gün darıxdırıcı yaşamağa məcbur edəcəksiniz?” kimi suallar da soruşulur. Ayrıca bütün gün qorxu filmləri izləyib, gecə 4.20-də oyanmaları və oyunun 50-ci günündə öz canlarını almalarına yol aça biləcək tələblər gəlir. Oyun və oyuna aid ictimai media hesabları ilə əlaqədar istintaqlar davam edəcək.