Ərdoğan duyğulandı: "İndi anana deyəcəksən, "Ana, məni Tayyib əmimə apar"



 

Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan, xəstə Bedirhan Əmrə Akgüçlə telefonda danışıb.

Ərdoğan, cib telefonu vasitəsilə görüntülü olaraq danışdığı Bedirhan Əmrə Akgüçü Prezident sarayına dəvət edib. Prezidentin Mətbuat Mərkəzindən, Ərdoğanın Akgüçlə apardığı danışıqların görüntüləri paylaşıldı.

Balaca uşaq, çox sevdiyi Ərdoğanla danışa bilmək üçün çox məşğul olduğunu ifadə edib.

Akgüçün, müalicə aldığı xəstəxanadan buraxılacağını və nə vaxt bir araya gələ biləcəklərini soruşmasına Ərdoğan belə cavab verib:

"Bedirhan, ən sonunda görüşdük deyilmi? İndi anana deyəcəksən, "Ana, məni Tayyib əmimə apar". Buradakı Həsən əminə söyləyəcəyəm. Onlar ananla əlaqə yaradacaqlar. Mən Ankarada olduğum gün, səni bura gətirəcəklər, inşallah. Tamammı?"

Məktəbə getmədən oxumağı, yazmağı öyrəndiyini bildirən Akgüç, Ərdoğana "Mən Anadoluyam" şeirini əzbərdən oxuyub. Şeir oxuyan Akgüçü alqışlayan Ərdoğan, "Bedirhan alqışlayıram, maşallah. Allah nəzərdən saxlasın səni, təkrar, təkrar gözlərindən öpürəm." deyib.

 Ərdoğan, Akgüçə artıq məktəbə gedə biləcəyini də söyləyərək, ailəyə salam göndərib.