Mənzilə silahlı basqın edən şəxslər tutulub




Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsi və Abşeron RPŞ əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş 3 nəfər ətrafında aparılmış araşdırmalar xeyli maraqlı məqamları üzə çıxarıb.

Əzizağa Soltanovun, Zaur Əliyevin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120-ci (adam öldürməyə cəhd) maddəsi ilə axtarışda olduğuna görə tutulmuş Lətif Nəbiyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onların 2012-ci il oktyabrın 29-da Balakən RPŞ tərəfindən axtarışda olan Vasif Qarayev və Ramin adlı şəxslə birgə Mübariz Əlicanovu və onun arvadı Könülü odlu silahla hədələyərək əllərini kəmərlə bağlayıb, evdən 4000 manat pul, 10.000 manat dəyərində qızıl və digər əşyaları aparmaları da müəyyən edilib.