Azərbaycanda sərnişin avtobusu aşdı: yaralılar var - ADLAR




Quba rayonunda dərəyə aşan mikroavtobusda yaralananların adları məlum olub.

Milli.Az xəbər verir ki, Quba Rayon Mərkəzi Xəstəxanasından report-a verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan 3 nəfərin vəziyyəti ağırdır: "Avtoqəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan dörd nəfər xəstəxanaya gətirilib.

Onlardan birinə ilkin tibbi yardım göstərilib və ambulator müalicəyə göndərilib. Digər üç yaralı - Quba rayon sakinləri, 1990-cı il təvəllüdlü Ürfan Ürfulla oğlu Həmidovun, 1989-cu il təvəllüdlü Eldar Sarıb oğlu Qədimovun və 1972-ci il təvəllüdlü Hürriyyət Rəhman qızı Teyyubovanın vəziyyətləri ağır olduğu üçün xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib".

----------

12:41

Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Bakı-Quba yolunun 173-cü km-də, Quba-Atuc istiqamətində hərəkətdə olan, Ramin Məmmədovun idarə etdiyi "Mercedes" markalı avtobus yoldan çıxararaq aşıb.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.