Türkiyədə partlayış: Ölənlər var




Türkiyənin Şırnak vilayətinin Uludərə rayonunda PKK terrorçularının yolda gizlətdiyi partlayıcı qurğu işə düşüb.

Sherg.az Trend-ə istinadən xəbər verir ki, ərazidə əməliyyat aparan 2 türk hərbçi həlak olub.

Oxşar hadisə Qarsda da qeydə alınıb, 1 hərbçi ölüb, digəri xəsarət alıb.

Şırnak və Qarsda antiterror əməliyyatlarına başlanılıb.