3 uşağının gözü qarşısında atəş açdı

Həyat yoldaşını öldürüb, intihar etdi




Qaziantəpdə 33 yaşlı Şehmus Çakar, 13 illik həyat yoldaşı, 4 uşaq anası 32 yaşlı Jasmin Çakarı, 3 uşağının gözü qarşısında ov tüfəngiylə öldürdükdən sonra, eyni tüfənglə intihar etdi.

Hadisə, dünən günorta saatlarında Batıkent Məhəlləsində baş verdi. Nəqliyyat işində çalışan Şehmus Çakar, dolanışıqsızlıq səbəbiylə 1 ay əvvəl evi tərk etdikdən sonra geri dönən həyat yoldaşı Jasmin ilə mübahisə etdi. İddiaya görə mübahisə böyüdükdən sonra Şehmus Çakar, biri 3 aylıq, digərləri 3 və 7 yaşında olan uşaqlarının gözü qarşısında evdəki ov tüfəngiylə həyat yoldaşına atəş açdı. Həyat yoldaşının öldüyünü görən Şehmus Çakar, eyni tüfəngi öz çənəsinə söykəyib tətiyi çəkdi. Silah səsini eşidən qonşularının xəbərinə hadisə yerinə gələn polis, girdiyi evdə Çakar cütlüyünün cəsədiylə qarşılaşdı. Bu arada içəridə olan uşaqlar qonşular tərəfindən çölə çıxarıldı.