Meyxanaçı Kərimin səhhəti barədə yeni XƏBƏR




Meyxanaçı Ağamirzə "5/5" verilişinin qonağı olub.

Sherg.az axşam.az-a istinadən bildirir ki, sənətçi hazırda xəstəxanada olan həmkarı Kərimin səhhətindən danışıb. O bildirib ki, Kərimin xəstəliyi get-gedə sağalır:

"Artıq danışa bilir. Amma bir az çətinlik çəkir. Səhhəti yaxşıdır".

Daha sonra meyxanaçının bacısı oğlu Rüstəm dayısının xəstəliyi ilə bağlı bunları deyib:

"Yaxşılığa doğru gedir. Heç bir problemi qalmayıb. Deyir, məni kim soruşursa, salam söyləyin".

Qeyd edək ki, Kərimin beyninə qan sızmışdı. Ötən gün meyxanaçının 53 yaşı tamam olub.