Çexiya baş naziri qəfil istefa verdi - Hökumət böhran içində




Çexiyada bir müddətdir yaşanan hökumət böhranının ardından baş nazir Bohuslav Sobotka istefa verib. Ölkədə 6 ay sonra ümumi seçkilər keçiriləcək.

Milli.Az Xarici KİV-ə istinadən xəbər verir ki, Çexiyanın Baş naziri Bohuslav Sobotka maliyyə naziri Andrey Babişin vaxtilə vergi ödəməkdən yayındığını gizlətməkdə şübhəli bilinməsi ilə əlaqədar istefa verib.

Sobotka Çexiya prezidenti Miloş Zemana bu həftə hökumətin istefasını təqdim edəcəyini söyləyib.