SMPDK-da təlimin iştirakçıları ilə görüş baş tutub




3 may 2017-ci il tarixində İSO/İEC 17065:2012 "Uyğunluğun qiymətləndirilməsi. Məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılması üzrə orqanlara tələblər” standartı mövzusunda keçirilmiş təlimin iştirakçıları ilə görüş olub. 

Bu barədə Sherg.az -a Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent  üzrə Dövlət Komitəsindən məlumat verilib. Xəbərə əsasən, görüş Azərbaycan Akkreditasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutub. 

Görüşdə Azərbaycanda qeyri-neft sektorunun inkişafı məqsədilə keyfiyyət infrastrukturu sahələrində islahatlar haqqında danışılıb. Bildirilib ki, ticarətdə texniki maneələrin aradan qaldırılması, verilmiş sertifikatların xarici ölkələrdə tanınması və akkreditasiya sahəsində beynəlxalq təşkilatlara üzvlük istiqamətində ardıcıl işlər aparılır. Bu sahədə beynəlxalq standartların tətbiqinin vacib aktuallıq kəsb etdiyi qeyd edilib. Sonda İSO/İEC 17065:2012 "Uyğunluğun qiymətləndirilməsi. Məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılması üzrə orqanlara tələblər” standartı mövzusunda keçirilmiş təlimin iştirakçıları sertifikatlarla təltif ediliblər.

Məlumat üçün bildirək ki, təlim 14-17 mart tarixlərində Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən təşkil edilib. Təlim Britaniya Standartlar İnstitutunun aparıcı auditoru və təlimçisi Mahmud Albekov tərəfindən keçirilib. Təlimin əsas məqsədi qeyd edilən standartın mahiyyətinin izahı, edilmiş dəyişikliklər və yeniliklər barədə təlim iştirakçılarının məlumatlandırılması, uyğunluğu qiymətləndirən qurumların əməkdaşlarının bu sahədə səriştəliliyinin artırılması, bilik və bacarıqlarının təkmilləşdirilməsi, standartın tətbiqi ilə bağlı yarana biləcək problemlərin müstəqil həll etmək bacarığının aşılanması olub.

Ayyət