"Türkiyə və Azərbaycan arasında sərbəst ticarət anlaşması imzalanacaq"




Türkiyə və Azərbaycan arasında sərbəst ticarət anlaşmasına dair 68 sahə müəyyən edilib.

Sherg.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Türkiyənin Azərbaycandaki səfirliyinin ticarət müşaviri Ahmet Ataker deyib.

Müşavir bildirib ki, anlaşma ilə bağlı müqavilə üzərində hazırda iş gedir və bu ilin sonuna qədər müqavilənin imzalanmasi gözlənilir.

O qeyd edib ki, bu müqavilə bir başlanğıc olacaq:

"Türkiyənin ən böyük hədəfi Azərbaycanla sərbəst ticarət anlaşmasının imzalanmasıdır".