Banklardan çıxarılan işçilər yeni işlə təmin olunacaqmı? - Gözlənilmir




"Bu faktdır ki, bank sahəsi iqtisadi böhranın təsirinə məruz qalıb”.
Bunu Sherg.az-a bu ilin son 3 ayında banklarda çalışan 635 nəfərin işdən azad olunmasına münasibət bildirərkən iqtisadçı-ekspert Fuad İbrahimov deyib. 

Onun sözlərinə görə, belə vəziyyət bir çox inkişaf etmiş və inkişaf etməkdə olan, sonradan inkişaf edəcək dövlətlərdə də olub, olacaq:

"Bank sahəsinin zəifləməsi bazar iqtisadiyyatı dövrünün yarana biləcək mənzərəsidir. Bu proses təkcə bizdə getmir. Rusiyada da problem var idi, Qazaxıstanda da oldu, biz də yaşayırıq. Bunu ancaq qəbul etmək lazımdır. Bankların konsolidasiyası dövrü irəlidədir. Gələcəkdə də bir çox banklar bağlanacaq. Bu sahədə işsizlər də arta bilər. Onların taleyi haqqında onu demək olar ki, yenidən anketlərini doldurub, işsizliklə bağlı aidiyyatı orqanlara müraciət etsinlər. Bank sahəsində işsiz qalanların təmin olunması üçün dövlət tərəfindən tədbirlərin görülməsi və s. olmayacaq. Bu vəziyyətə uyğun yarana biləcək haldır. İndi ancaq ümidvarıq ki, iqtisadiyyatımızın bütün sahələri tənəzzül dövrünü bitirib, yenidən inkişaf dövrünə qədəm qoysun. Və bu problemlər mərhələli formada aradan çıxsın. Bu problem tək bank sahəsində yaranmayıb”.

Qeyd edək ki, 2017-ci ilin aprelin ayının 1-ə Azərbaycanın bank sektorunun işçi heyətinin sayı 16 312 nəfər təşkil edib

 Aysel Aslan