Ermənistandakı baza İŞİD-lə mübarizədə istifadə olunacaq? - Lavrovdan AÇIQLAMA




Rusiyanın xarici işlər naziri Serqey Lavrov İŞİD qruplaşmasının axırına çıxmağa söz verib, baxmayaraq ki, terrorçular təslim olmaq istəmirlər.

Sherg.az virtualaz.org-a istinadən bildirir ki, bu haqda o "Dünya 24" telekanalına müsahibəsində danışıb.

Lavrovun sözlərinə görə, İŞİD Yaxın Şərqdə, Afrikanın şimalında, həmçinin Əfqanıstanın şimal rayonlarında, hansılar ki, Rusiyanın qonşuları və müttəfiqlərinin əraziləri ilə həmsərhəddirlər, məskən salıb.

O qeyd edib ki, KTMT-yə üzv ölkələrin silahlı bölmələri istənilən an hərəkətə keçməyə hazır vəziyyətdədir.

"Rusiyanın Tacikistanda, Qırğızıstanda və Ermənistanda yerləşən bazaları da hazırdır. Nə qədər ki, həmin infeksiya məhv edilməyib, bu prioritetlər qalacaq", - deyə xarici siyasət idarəsinin başçısı vurğulayıb.