Balkondan düşdü: 2 yaşlı uşağı havada tutub qurtardılar - FOTOLAR

Şanlıurfada 3 mərtəbəli binanın balkonundan düşən 2 yaşlı Elif Çakmağı iki biznesmen havada tutaraq qurtarıb. Hadisə dünən günorta saatlarında Bağlarbaşı məhəlləsində baş verib. Binanın balkonunda oyun oynayan Elif Çakmaq, çıxdığı balkondan sallanarkən tarazlığını itirib.
Bir müddət dəmirdən yapışan Elif, yorulub dəmiri buraxıb. Bu zaman aşağıda gözləyən biznesmen Fehmi Durmaz və Mehmet Tapşık əllərini açıb Elifi havada tutub. Yerə düşməkdən qurtarılan və hadisədə yaralanmayan kiçik qızın düşmə anı təhlükəsizlik kamerası tərəfindən də saniyə və saniyə qeyd edilib.
İş yerində olduğı sırada bağrışmaları eşidib balkonunun altına gəldiyini ifadə edən kababçı Fehmi Durmaz, "Məsuliyyətsiz ailələr üzündən bir uşaq ölümdən döndü. Allaha şükr uşaq yara almadan onu havada tutaraq qurtardıq. Bir canın həyatını qurtarmaq gözəl bir duyğudur. Bu mənim də uşağım da ola bilərdi. Mən insanlıq vəzifəmi etdim” deyib. Məhəllədə baqqal olan Mehmed Tapşık isə "Balkonda olan məhəllə sakinimiz mənə səslənərək kiçik uşağın balkonda sallandığını söylədi. Dərhal iş yerimdən çıxıb nə olur deyə baxdığımda balkondakı uşağın aşağıya sallandığını gördüm. Mənimlə birlikdə digər qonşularımız da gələrək düşən uşağı havada tutaraq qurtardıq. Yara almadan xilas olan uşaq çox qorxmuşdu. Sonra ailəsinə təslim etdik” deyə danışıb.